...

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 19 Aprel 2022 17:33 (UTC +04:00)
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Bakı. Trend:

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti