...

Niderland şirkətləri Qarabağda minaların təmizlənməsinə kömək edə bilər

Siyasət Materials 27 Aprel 2022 11:46 (UTC +04:00)
Niderland şirkətləri Qarabağda minaların təmizlənməsinə kömək edə bilər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Niderland şirkətləri Qarabağda minaların təmizlənməsi prosesinə kömək edə bilər.

Trend-in məlumatına görə, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman deyib.

"Niderlandın bir şirkəti artıq bu proses üzərində Azərbaycan Minatəmizləmə Agentliyi ilə işləyib", - səfir bildirib.

Onun sözlərinə görə, ölkəsi minaların təmizlənməsi prosesinin sürətlənməsi üçün digər profilli şirkətlərin xidmətini təklif edə bilər.

Səfir əlavə edib ki, Niderlandın tikinti şirkətləri Azərbaycanda şəhərsalma işində öz töhfəsini verə bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti