...

Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək - Hikmət Hacıyev

Siyasət Materials 28 Aprel 2022 12:59 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək - Hikmət Hacıyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycan öz tərəfindən sülh müqaviləsini imzalamağa hazırdır. Üç onillik boyunca davam etmiş danışıqlar prosesi bunu göstərir", - deyə o bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan hələ də ölkənin xeyrinə olacaq addımları atmağa çalışmır.

O əlavə edib ki, nəqliyyat, ticarət, energetika kimi müxtəlif sektorların birgə inkişafı Azərbaycan, Ermənistan və bütünlükdə region üçün sosial-iqtisadi fayda gətirəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti