...

Azərbaycan və Türkiyə QHT-lərinin Şuşa ili çərçivəsində ortaq fəaliyyəti - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)

Siyasət Materials 19 May 2022 20:39 (UTC +04:00)
Azərbaycan və Türkiyə QHT-lərinin Şuşa ili çərçivəsində ortaq fəaliyyəti - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatları son 20 ildə Türkiyənin qeyri-hökumət təşkilatları ilə müxtəlif sahələrdə əməkdaşlıq edib. Bu əməkdaşlığın prioriteti Qarabağ münaqişəsi olub. İşğal dövründə Türkiyənin qeyri-hökumət təşkilatları və mediası Azərbaycana nə qədər dəstək vermişdisə, 44 günlük Vətən müharibəsində də eyni dəstəyi nümayiş etdiriblər. Ümumiyyətlə, hər il qeyri-hökumət təşkilatlarının, eyni zamanda, onlarla işləyən dövlət qurumlarının QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təşəbbüsləri olur. Bu il də Milli Məclisə müxtəlif QHT-lərlə əlaqədar qanunvericiliklə bağlı təkliflər irəli sürülüb.

Trend-in məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Azərbaycan və Türkiyə QHT-lərinin Şuşa ili çərçivəsində ortaq fəaliyyəti, Şuşa Forumunda hansı mesajlar veriləcək?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – İlyas Demirçi (Türk Dünyası Mühəndislər və Memarlar Birliyi), Mustafa Caner (Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi, SETA) və Azər Allahverənov (siyasi şərhçi) mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti