Bakı. Trend:
Qarabağda gedən 44 günlük müharibə yeni nəsil silahların müharibəsi idi. Hətta bunu yüksək texnologiyalar müharibəsi kimi də qiymətləndirmək olar.
Bu, texnoloji mövqedən 5-ci nəsil silahlara sahib olan Azərbaycan ordusu ilə 2-ci nəsil silahlara sahib olan Ermənistan ordusu arasında aparılan müharibə idi.
90-cı illərlə müqayisə etsək, bu gün ordumuzda vahid komandanlıq, yüksək texnologiyalı silahlarımız mövcuddur. Həm də xalq-ordu birliyi nümayiş olunur, cəbhədə ruh yüksəkliyi yüksək səviyyədədir...
Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Yeni nəsil müharibə" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli Dirçəliş Hərəkati Partiyasının sədri Fərəc Quliyev, hərbi ekspertlər Ədalət Verdiyev, Elxan Şıxəliyev və Elmar Hüseyn mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: