Bakı. Trend:
Azərbaycan Tacikistanla əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tacikistan ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə “Twitter” səhifəsindəki paylaşımda deyilir.
"Bu gün Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Tacikistan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan və Tacikistan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik", - deyə paylaşımda bildirilir.