Bakı. Trend:
Fransanın Azərbaycandakı səfiri Zakari Qros mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya düşməsi ilə bağlı "Twitter" səhifəsində paylaşım edib.
Trend xəbər verir ki, səfir xəbəri təəssüflə qarşılayıb və ona tam sağalmağı arzu edib.
Z.Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləmə əməliyyatları üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.