...

Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb

Siyasət Materials 7 İyun 2022 07:44 (UTC +04:00)
Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Twitter“ səhifəsindəki paylaşımda qeyd olunub.

“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki ölkə arasında qardaşlıq münasibətlərini bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti