...

ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb - Lavrov

Siyasət Materials 24 İyun 2022 13:38 (UTC +04:00)
ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb - Lavrov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib.

"Biz prinsip etibarilə Minsk qrupunu müzakirə etmədik, çünki o, öz fəaliyyətini dayandırıb. Amma, təbii ki, post-münaqişə tənzimləməsi proseslərini müzakirə etmişik. Bu yeni proseslərin təməlini Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatları təşkil edir. Mahiyyət etibarilə, 2020-ci ilin sentyabr-oktyabrında baş vemriş hadisələr, uzun illər mövcud olmuş və hər hansı nəticə olmadan müzakirə edilmiş məsələləri geridə qoydu. Bu, sadəcə obyektiv reallıqdır. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üç bəyanat indi hamı tərəfindən mövcud məsələlərin tam bağlanması məqsədilə irəli addımlamaq üçün əsas kimi götürülür", - S.Lavrov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti