...

Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi azaldıldı

Siyasət Materials 24 İyun 2022 18:28 (UTC +04:00)
Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi azaldıldı

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi 75-dən 23-ə endirilib. Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə ayrılan xidməti minik avtomoillərinin sayı isə 65-dən 13-ə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti