...

Respublika Veteranlar Təşkilatında hərbyönlü QHT-lərin Orduya Dəstək tədbiri keçirilib (FOTO)

Siyasət Materials 25 İyun 2022 17:07 (UTC +04:00)
Respublika Veteranlar Təşkilatında hərbyönlü QHT-lərin Orduya Dəstək tədbiri keçirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Veteranlar Təşkilatında hərbyönlü QHT-lərin Orduya Dəstək tədbiri keçirilib.

Trend-in məlumatına görə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib ki, Azərbaycan ordusunun qazandığı qələbə bütün dünyaya bəllidir. Azərbaycan Silahlı Qüvvələrinin böyük keçməkeşli tarixi var.

"Azərbaycan Ordusu yarandıqdan sonra bir çox yollar keçib. Müstəqilliyimizin ilk dövrlərində Azərbaycan Ordusunda pərakəndəlik olsa da, bu gün ordumuz dünyaya səs salıb. 60-çı illərdə azərbaycanlılar hərbi təhsil ala bilmirdilər. 1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra azərbaycanlıların hərbi təhsil almasına, onların konkurssuz hərbi təhsil müəssisəsinə qəbuluna şərait yaratdı.

1988-ci ildə ermənilər silahlı münaqişələr törətməyə, Azərbaycanla torpaq davası etməyə başladı. Get-gedə vəziyyət gərginləşirdi. Həmin vaxt SSRİ dağıldı və o vaxt Azərbaycanın nizami ordusu yox idi. Həmin dövrdə Azərbaycanın 1 milyondan artıq məcburi köçkünü vardı. Ölkədə anarxiya baş alıb gedirdi. 1993-cü ildə Ulu öndər yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanda pərakəndəlik aradan qaldırıldı, nizami ordu yaradılmağa başlandı. Bundan sonra ölkədə sabitlik təmin olundu və Azərbaycan iqtisadiyyatı ilə paralel olaraq Azərbaycanın Ordusu da güclənməyə başladı.

Ermənilər mif yaratmışdılar ki, Azərbaycan Ordusu bir qarış da torpaq işğaldan azad edə bilməz. Amma Azərbaycan Ordusu öz sözünü dedi və torpaqlarımızı azad etdi. 30 il işğal altında olan torpaqlarımız 44 günə azad edildi. Xalq Ordu ilə birləşdi.

Bu gün Azərbaycan Vətən müharibəsindən sonra yenə də əhaliyə, xüsusən də, şəhid ailələri və qazilərə diqqət göstərir", - Cəlil Xəlilov deyib.

Tədbirdə çıxış edən hərbi jurnalist Şəmistan Əlizamanlı də bildirib ki, bu gün Azərbaycan Ordusu dünya səviyyəsində örnək olan bir qələbəyə imza atıb: "Bu prosesdə Azərbaycan cəmiyyətinin də böyük rolu var. Əhali Azərbaycan Ordusunun güclənməsinə dəstək verdi. Bu gün Azərbaycanda xalq-ordu birliyi var. Biz fəxr edirik ki, Azərbaycanın güclü ordusu var. Biz qalib millət, qalib orduyuq".

Qazi jurnalist Rey Kərimoğlu isə bildirib ki, 30 il ərzində Azərbaycan xalqı həmişə ordunun gücünə inanırdı.

"Biz həmişə bunu təbliğ edirdik və inanırdıq. Düzdür, Azərbaycanda bəzi qüvvələr də var idi ki, onlar torpaqlarımızın azad olunacağına inanmırdı. Amma Azərbaycanın qəhrəman oğulları həmin şəxslərin fikirlərini darmadağın etdi və torpaqlarımızı azad etdi. Bu gün biz alnıaçıq, üzüağ gəzirik, dünyada özümüzü və gücümüzü sübut etdik", - Rey Kərimoğlu deyib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Sərdarova da Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsini tarixin əlamətdar hadisəsi olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti