...

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

Siyasət Materials 9 İyul 2022 14:07 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək.

Trend-in məlumatına görə, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində bildirib.

O qeyd edib ki, ən başlıca məqsəd keçmiş məcburi köçkünlərimizin ən tez bir zamanda öz diyarlarına, evlərinə geri dönmələri üçün tam şərait yaratmaqdır.

"Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb.Gələn ilin sonunda biz ilk sakinlərimizi qəbul edəcəyik və onlara evlərinin açarlarını təhvil verəcəyik. Bu, bizim üçün qürurverici, eyni zamanda, çox məsuliyyətli bir layihədir", - deyə A.Kərimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti