...

Bugünədək "YAŞAT" fondu tərəfindən 13 minə yaxın şəxsin müraciəti qəbul edilərək, öhdəliyə götürülüb (FOTO/VİDEO)

Siyasət Materials 15 İyul 2022 10:06 (UTC +04:00)
Bugünədək "YAŞAT" fondu tərəfindən 13 minə yaxın şəxsin müraciəti qəbul edilərək, öhdəliyə götürülüb (FOTO/VİDEO)

Bakı. Trend:

"YAŞAT" fondu yarandığı andan etibarən operativ sürətdə fəaliyyət göstərir. Bugünədək 13 minə yaxın şəxsin 27 mindən artıq müraciəti qəbul edilərək, öhdəliyə götürülüb və fond bu istiqamətlər üzrə dəstək tədbirlərini göstərir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə açıqlamasında "YAŞAT" Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 651 yaralı olmaqla ümumilikdə 17 016 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 660 şəxsin 27 276 müraciəti icra üçün öhdəliyə götürülüb.

"Fondun fəaliyyət istiqamətləri üzrə 62 607 238.39 AZN məbləğində vəsait onların müraicətlərinin təmin olunmasına xərclənib",- deyə o əlavə edib.

R.Cəfərova qeyd edib ki, 12-13 min şəxsin 27 mindən artıq müraciəti təmin olunması dedikdə bi şəxsin orta hesabla 2 və daha artıq müraciətinin təmin olunmasında söhbət gedir.

"Fond maksimum dərəcədə işlədiyi insanların həssaslığını nəzərə alır. Bu proseslərdə əlavə 8110 çağrı mərkəzi fəaliyyətə göstərir. Onlar həm bu vasitəsilə müraciət edə bilər həm də irad və istəklərini bildirə bilərlər", - deyə o bildirib

Qazi və yaralıların xaricdə müalicə və psixoloji dəstəklərindən bəhs edən R. Cəfərova, ümumilikdə 178 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərildiyini, onlardan 172-si ağır yaralı, 6-sı isə şəhid ailəsi üzvü olduğunu vurğulayıb.

"Müalicə alanlardan 156-sı ölkəyə geri qayıtmışdır. Hazırda 21 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti