Bakı. Trend:
Azərbaycan qonşu ölkələrlə normal münasibətlərin formalaşmasına tərəfdardır.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ilə birgə brifinqdə deyib.
Nazir qeyd edib ki, ilk məcburi köçkünlərimizin Zəngilan rayonunun Ağalı kəndində qayıdışı baş verdi. Bu, Böyük Qayıdışın ilk mərhələsinin başlanğıcıdır.
"Yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin Qarabağa qayıtması, həmçinin, Azərbaycanla Ermənistan arasında davam edən proseslər, o cümlədən Ermənistan tərəfinin qeyri-konstruktiv siyasəti barədə həmkarımı məlumatlandırdım", - deyə C.Bayramov əlavə edib.