...

Azərbaycanın Koreya, Küveyt və Kubada yeni səfirləri təyin edilib

Siyasət Materials 19 Avqust 2022 18:38 (UTC +04:00)
Azərbaycanın Koreya, Küveyt və Kubada yeni səfirləri təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Ramin Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Digər sərəncamla Ramin Həsənov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa Prezident İlham Əliyevin sərəncamlarına əsasən Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Emil Zülfüqar oğlu Kərimov Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Ruslan Novruz oğlu Rzayev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti