ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Siyasət Xəbər 26 Avqust 2022 06:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə növbəti hərbi yardım paketini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə AĞ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer bildirib.

AĞ Evin rəsmi nümayəndəsi bildirib ki, dövlət başçıları 3 milyard dollarlıq yardım paketini və Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl iki dövlətin liderləri arasında telefon danışığı iyunun 16-da olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti