...

"Minsk qrupu" kimi uğursuz söz birləşməsini dilə gətirməməliydilər - ŞƏRH

Siyasət Materials 5 Sentyabr 2022 20:58 (UTC +04:00)
"Minsk qrupu" kimi uğursuz söz birləşməsini dilə gətirməməliydilər - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Artıq ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr fəaliyyətdə olduqları müddət ərzində sülh yolu ilə Azərbaycan torpaqlarının işğalına son qoyulmamasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail ola bilmədiklərinə görə, ilk növbədə, onların riyakar, işğalı stimullaşdıran bəyanatlarına və davranışlarına görə, 30 ilə yaxın öz doğma yurd yerlərinə həsrət qalan, evləri, doğmalarının məzarları viran edilmiş yüzminlərlə azərbaycanlıdan üzr istəməli və bir daha “Minsk qrupu” kimi uğursuz söz birləşməsini dilə gətirməməliydilər.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, təəssüflə qeyd edib ki, qədim Roma Respublikasının dövlət xadimi, natiqi və filosofu Siseronun dediyi kimi, “kağız qızarmır” və bu gün milyonların taleyini öz uğursuzluqlarının girovuna çevirənlər “Minsk qrupu” adlı “ölü”nü yenidən diriltməyə cəhd göstərənlər, yanlış qərarların yer aldığı kağız kimi utanıb qızarmır, ayıblarına qısılmırlar.

““Minsk qrupu” və onun həmsədrlik institutunun isə yalnız eskumasiyası mümkündür. 30 ilə yaxın müddət ərzində sərgilədikləri cinayətə bərabər fəaliyyətsizliyin səbəblərini daha detallı araşdırmaq üçün...

Azərbaycan xalqı ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə, təsisatın “fəaliyyətdə olduğu” zaman kəsiyinin əhəmiyyətli hissəsində, xüsusilə də 1999-cu ildə Ermənistan parlamentində baş verən siyasi motivli, sifarişli terror aksiyasından, eləcə də bu aksiyanın doğurduğu nəticələrə münasibətdən sonra etimadını tamamilə itirib və “ATƏT-in Minsk qrupu” ifadəsi cəmiyyətimizdə ən yaxşı halda acı təbəssüm və ikrah doğurub”, - deyə E.Mirzəbəyli bildirib.

O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinə qədər olan zaman kəsiyində Azərbaycan xalqının sülh prosesinə olan inamı və dözümü, tolerant davranışı öz dövlətinə, liderlərinə olan sonsuz etimadla bağlı olub.

“Bu etimad da özünü 44 günlük müharibədə tamamilə doğruldub və Azərbaycan xalqının gözləntiləri BMT qətnamələrinin Azərbaycan Ordusu tərəfindən yerinə yetirilməsi ilə nəticələnib.

İndi kimlərsə yenidən “Minsk qrupu” söz birləşməsini utanmadan ortaya atmaqla separatizmi yenidən stimullaşdırmağa cəhd göstərirlərsə, əmin olsunlar ki, Azərbaycan xalqının daha böyük nifrətini qazanırlar. Azərbaycan dövləti və xalqı ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradan istənilən təzahürün kökünü kəsmək əzmindədir”, - deyə E.Mirzəbəyli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti