...

Qafqazda qaynar hadisələrin yeni xətti: Ermənistanın baş tutmamış təxribatı və Azərbaycandan ağır dərs Avstriya mediasında

Siyasət Materials 14 Sentyabr 2022 15:32 (UTC +04:00)
Qafqazda qaynar hadisələrin yeni xətti: Ermənistanın baş tutmamış təxribatı və Azərbaycandan ağır dərs Avstriya mediasında

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzeti Azərbaycan ordusunu Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması ilə bağlı uğurlu əməliyyatı haqqında məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə qeyd edilir ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Azərbaycan ordusunun İrəvanın tərxibatına qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Həmçinin, Azərbaycan Ermənistanın həmin bölgədə yerləşən bütün nəqliyyat-kommunikasiya sistemini və çox mühüm yüksəkliklərini nəzarətə götürüb.

Məqalədə qeyd olunur ki, Ermənistan ordusu son döyüşlərdə 200 nəfərə yaxın canlı qüvvə itirib. Bundan başqa, qarşı tərəfin çox sayda hərbi texnikası, 1 milyard dollardan artıq dəyəri olan iki S-300 raketi, xeyli hərbi obyekti və onlarla postu darmadağın edilib. Rəsmi İrəvan ictimai qınaqdan qorxduğu üçün itkiləri barədə məlumatları gizlədir.

Məqalədə, həmçinin vurğulanır ki, bu təxribat Ermənistana baha başa gəldi.

Azərbaycanın Silahlı Qüvvələri İrəvana elə bir zərbə vurub ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun müddət özünü toparlaya bilməyəcək. Ümumilikdə, son dövrlər Ermənistanı idarə edən siyasi qüvvələrin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlardan, hərbi ritorikadan aydın olurdu ki, Vətən Müharibəsindəki ağır məğlubiyyət İrəvana dərs olmayıb. Qarşı tərəfin siyasi və hərbi davranışları göstərirdi ki, Ermənistan revanşa, Azərbaycana hücuma hazırlaşır, hərbi əməliyyatlara start vermək fikrindədir. Təbii ki, qalib Azərbaycan Ordusu qətiyyətli cavab zərbələri ilə İrəvana heç vaxt unutmayacağı dərsi verdi.

Azərbaycan Ordusunun Ermənistana qarşı keçirdiyi 7 saatlıq unikal hərbi əməliyyat rəsmi İrəvanın gələcəkdə Bakıya qarşı planlaşdıracağı bütün təxribatların üstündən xətt çəkmiş oldu. Məqalədə vurğulanır ki, İrəvana elə bir dərs verildi ki, Ermənistan nə indi, nə də gələcəkdə Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Artıq rəsmi İrəvan anlamalıdır ki, hər hansı xarici gücə arxalanıb Azərbaycana qarşı təxribat hazırlamaq planı baş tutmur və bundan sonra da tutmayacaq.

Qeyd olunur ki, Azərbaycan bütün hərbi tədbirləri beynəlxalq hüquqa uyğun olaraq, öz sərhədlərinin müdafiəsi məqsədi ilə həyata keçirdi.

Məqalədə vurğulanır ki, Azərbaycan Ordusu həm düşmənə , həm də onun havadarlarına bütün növ təxribatlara adekvat cavab verməyə hazır olduğunu nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti