...

Zaxarova erməni jurnalisti yerinə otuzdurdu

Siyasət Materials 15 Sentyabr 2022 16:00 (UTC +04:00)
Zaxarova erməni jurnalisti yerinə otuzdurdu

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı erməni jurnalistin Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı təxribat xarakterli sualına sərt reaksiya verib.

Trend-in məlumatına görə, erməni təbliğatçının monoloqunu dinləyən M.Zaxarova deyib ki, brifinq jurnalistlərin deyil, XİN-in rəsmi nümayəndəsinin brifinqidir.

"Ona görə, xahiş edirik ki, mövqe ifadə edən materiallar səsləndirməyib, sual verəsiniz", - deyə o bildirib.

Bundan sonra ikinci sualını səsləndirən erməni jurnalist təxribatçı anti-Azərbaycan ritorikasını davam etdirib. Bu dəfə Rusiya XİN nümayəndəsi onu axıradək dinləməyib.

"Yəqin ki, mən sözümü dəqiq demədim. Mən sizdən xahiş etdim ki, bəyanat yox, sual verəsiniz. Mən hər şeyi gözəl başa düşürən, sizə hörmətlə yanaşıram. Amma yenə də ümid edirəm ki, mənim xahişimi eşidəcəksiniz. Xahiş edirəm, sual verin", - deyərək M.Zaxarova brifinqdə anti-Azərbaycan təxribatının qarşısını alıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti