...

Ağdam Şəhərsalma Forumunda verilən mesajlar - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Siyasət Materials 5 Oktyabr 2022 21:57 (UTC +04:00)
Ağdam Şəhərsalma Forumunda verilən mesajlar - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Bakı. Trend:

Ermənistanın 30 illik işğalından sonra azad edilmiş torpaqlardakı Böyük Qayıdış, bərpa və quruculuq işlərində dayanıqlı şəhər inkişafı prinsipləri böyük dəyər kəsb edir. İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. İşğal dövründə Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Yenidənqurma prosesində əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək...

Trend-in məlumatına görə, Elnar Mməmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Ağdam Şəhərsalma Forumunda verilən mesajlar" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Məzahir Əfəndiyev - Milli Məclisin deputatı, Mahir Abbaszadə - Milli Məclisin deputatı, Cavid Vəliyev - BMTM-in şöbə müdiri və Emin Əliyev - Trend BİA-nın baş redaktoru, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti