...

Azərbaycan Asiya ölkələri və türk dünyası ilə münasibətlərin möhkəmlənməsinə sadiqdir

Siyasət Materials 11 Oktyabr 2022 12:41 (UTC +04:00)
Azərbaycan Asiya ölkələri və  türk dünyası ilə münasibətlərin möhkəmlənməsinə sadiqdir
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Kifayət qədər mürəkkəb və təlatümlü müasir beynəlxalq münasibətlər fonunda türk dünyası ölkələrinın qarşısında dayanıqlı milli iqtisadiyyat modellərinin yaradılması zərurəti dayanır və bu kontekstdə Azərbaycanın uzun illərdir müdafiə etdiyi türk inteqrasiyası xüsusi əhəmiyyət qazanır.

Türk Dövlətləri Təşkilatının təsisçi ölkəsi olan Azərbaycan türk dünyası ölkələrinin birləşməsində, bu dövlətlərin əlaqələrinin bugünkü yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayıb.

Münasibətlərin çoxtərəfli formatı ilə yanaşı, Azərbaycan hər bir türk ölkəsi ilə ayrıca ikitərəfli münasibətlərin inkişafına da böyük önəm verir və bunu türk dövlətlərinin başçılarının Azərbaycana səfərləri də təsdiq edir. Bu səfərlər zamanı ən yüksək səviyyədə müzakirələr aparılır.

Təkcə bu yay Prezident İlham Əliyev Türkmənistana və Özbəkistana səfərlər edib, bu səfərlər zamanı ali səviyyədə görüşlər, danışıqlar keçirilib. Bundan əlavə, Qırğızıstan və Qazaxıstan prezidentləri Bakıda səmimi qarşılanıb. Belə ki, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana son səfəri zamanı tərəflər ölkələr arasında strateji əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayıblar. Oxşar şəkildə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu ilin avqustunda Bakıya səfəri zamanı bir sıra sənədlər imzalanıb.

Qırğızıstanlı politoloq Almaz Usuvaliyevin qeyd etdiyi kimi, Azərbaycanla Qırğızıstan hər zaman yaxşı münasibətlərə malik olub.

"Burada çoxlu azərbaycanlı yaşayır və onlar özlərini doğma evlərindəki kimi hiss edirlər. Bişkekdə Azərbaycan mədəniyyət və istirahət parkının yaradılması da Azərbaycan və Qırğızıstan xalqları arasında dostluq nümayiş etdirmək niyyətini əks etdirir", - A.Usuvaliyev deyib.

O bildirib ki, Qırğızıstan və Azərbaycan xalqlarını dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Politoloq onu da qeyd edib ki, bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının təsisçisi olmaqla bu təşkilatın təsirini gücləndirməyə çalışır.

Beləliklə, Azərbaycan Avropa ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal siyasət yürütməklə yanaşı, Asiyada mühüm tərəfdaşlarını da unutmur, ən yaxın strateji tərəfdaşları ilə öz mövqelərini möhkəmləndirməyə və bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti