...

Zəngilan Beynəlxalq Hava Limanı regionun nəqliyyat qovşağına çevrilməsi baxımından Şərqi Zəngəzurun əhəmiyyətini göstərir - RƏY

Siyasət Materials 20 Oktyabr 2022 17:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində çox önəmli hadisədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, qısa bir zamanda tikilərək istifadəyə verilən hava limanı regionun nəqliyyat qovşağına çevrilməsi baxımından Şərqi Zəngəzurun əhəmiyyətini göstərir.

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirakı Şərqi Zəngəzurun təkcə nəqliyyat qovşağı baxımından deyil, eyni zamanda, regionda önəmli bir mərkəzə çevrildiyini göstərir. Hesab edirəm ki, bu hava limanını açmaqla biz bir daha davamlı sülh istədiyimizi ortaya qoyuruq”, - deyə deputat bildirib.

O qeyd edib ki, Şərqdən, Çindən Avropaya uzanan böyük İpək Yolu layihəsi çərçivəsində Asiya ilə Avropanı birləşdirəcək böyük bir nəqliyyat dəhlizinin mərkəzində yerləşən bir böyük nəqliyyat layihəsi kimi tarixə düşür.

“Beləliklə, Azərbaycan orta dəhliz dediyimiz və Şərqlə Qərbi birləşdirən dəhlizin birləşdiricisi rolunda çıxış edir ki, bunun da əhəmiyyətini xüsusi vurğulamalıyıq. Zəngilanın işğaldan azad edildiyi gün açlışı olan bu hava limanı həm sülhün, ədalətin, həm də bundan sonra da regionda bu cür meqalayihələrin həyata kçiriləcəyinə bir işarədir. Şərqi Zəngəzurdan açılan belə bir böyük layihə Zəngəzur dəhlizinin açılması ilə də öz tamlığını əldə edəcək”, - deyə depuat əlavə edib.

T.Gəncəliyev vurğulayıb ki, bütün dünya enerji və qida böhranı üz-üzə qaldığı bir dövrdə Azərbaycan orta dəhlizin qoşvağında yerləşən ölkə kimi nəqliyyat, kommunikasiya xətləri istiqamətində yeni layihələr təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti