...

Ermənistan Avropadakı bəzi dairələrə güvənərək yeni hərbi təxribatlara hazırlaşır – Sahil Kərimli

Siyasət Materials 21 Oktyabr 2022 13:59 (UTC +04:00)
Ermənistan Avropadakı bəzi dairələrə güvənərək yeni hərbi təxribatlara hazırlaşır – Sahil Kərimli

Bakı. Trend:

Ermənistan öz ərazilərinə xarici ölkələrin nümayəndələrini, müxtəlif qiymətləndirmə qruplarını, cürbəcür missiyaları cəlb etməklə sülh danışıqları və sülh müqaviləsinin imzalanması prosesini ləngitmək istəyir.

Bunu “Bakı-Xəbər”ə açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Ermənistanın bu prosesdəki məkrli niyyəti bəllidir.

"Praqa görüşü zamanı Paşinyanın Aİ missiyasının Ermənistan ərazisinə gəlməsinə razılıq verməsi, bu günlərdə isə ATƏT-in Ermənistana qiymətləndirmə qrupu göndərməsi eyni zamanda onu göstərir ki, rəsmi İrəvan kənar qüvvələrin təsiri altındadır və həmişə olduğu kimi, müstəqil siyasət yürüdə bilmir. Əslində, bu kimi halların baş verməsi Ermənistanın dövlət və milli maraqlarına tamamilə zidd addımdır və Paşinyan öz ölkəsinin müstəqilliyinə xələl gətirir, - deyə o əlavə edib.

S.Kərimli qeyd edib ki, Avropa dairələrinin də bu prosesə xüsusi həvəs və canfəşanlıqla qoşulması bölgədə gedən proseslərə nəzarət etmək, nəyəsə nail olmaq istəklərini açıq büruzə verir.

"Bütün hallarda, bu cür manipulyasiyalar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ciddi maneələr yaradır. Bu, həm də sülh prosesinə zərbə vurur, bölgədə təhlükəsizliyə təhdid yaradır. Bu bir faktdır ki, son günlər Ermənistanın hərbi-siyasi rəhbərliyi Avropa dairələrinə güvənərək Azərbaycanla sərhəddə gərginliyi artırır, hətta düşmənin genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığı sirr deyil. Düşünürəm ki, istər hərbi, istərsə də siyasi müstəvidə bu kimi mənasız gedişlər növbəti mərhələdə Ermənistana çox baha başa gələcək. Çünki Ermənistan bəzən unudur ki, qarşısında güclü və qüdrətli Azərbaycan var. Həm siyasi, həm də hərbi anlamlarda Azərbaycanın qarşısında heç bir qüvvə dayana bilməyəcək və Ermənistan ortada yenə tək qalacaq", - deyə S.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti