...

Qəzanın baş verdiyi andan bizimlə çox yaxından maraqlanan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm - Binəli Yıldırım

Siyasət Materials 27 Oktyabr 2022 14:01 (UTC +04:00)
Qəzanın baş verdiyi andan bizimlə çox yaxından maraqlanan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm - Binəli Yıldırım
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycanda avtomobil qəzası keçirərək xəstəxanaya yerləşdirilmiş və daha sonra Türkiyəyə yola salınmış sabiq baş nazir Binəli Yıldırım evə buraxılıb.

Trend-in məlumatına görə, B.Yıldırım bu gün xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

O, Azərbaycanda müalicə olunduğu müddətdə göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

"Ağır qəza keçirdik. Qəza yerindən dərhal helikopterlə xəstəxanaya gətirildik. Qəzanın baş verdiyi andan bizimlə çox yaxından maraqlanan, dəstəkləyən dost və qardaş Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmçinin, müalicə prosesini daim diqqətdə saxlayan prezidentimiz Rəcəb Tayyib Ərdoğana da minnətdarlıq ifadə edirəm". - deyə B.Yıldırım bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti