...

“Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb (FOTO)

Siyasət Materials 1 Noyabr 2022 17:49 (UTC +04:00)
“Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 1-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb.

Trend-in məlumatına görə, iclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli parlamentlə vətəndaş cəmiyyətləri arasında əməkdaşlığı zəruri edən amillərə diqqət çəkib. O, bugünkü geosiyasi vəziyyətdən danışaraq, həmrəy olmağın vacibliyini vurğulayıb, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratdığını qeyd edib.

QHT-lərin fəaliyyətindən və vaxtilə bu sahədə müəyyən nöqsanların mövcudluğundan danışan F.İbrahimli bildirib ki, QHT-lər haqqında qanun qəbul edildikdən sonra Azərbaycan qanunvericiliyində bu sahədə tənzimləmə təmin olunub. Azərbaycanın sabitliyin, təhlükəsizliyin bərqərar edildiyi bir ölkə olduğunu vurğulayan komitə sədri qeyd edib ki, hər birimiz bütün gücümüzlə, birliyimizlə dövlətimizə, dövlətçiliyimizə xidmət edirik.

İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək parlament-QHT əməkdaşlığı mövzusunda müzakirələrin səmərəli olacağına inamını ifadə edib. Bu sahədə dövlətin yürütdüyü siyasət və gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib. Bildirib ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ölkəmizin maraqlarının dünyada qorunması məsələsində daha fəal olmalıdırlar.

Tədbirdə komitənin sədr müavini Sahib Alıyev, üzvləri Sevinc Fətəliyeva, Azər Badamov, Anar İsgəndərov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə aparılan islahatlar həyatın müxtəlif istiqamətlərində, o cümlədən yeni cəmiyyət quruculuğu sahəsində uğurla həyata keçirilir. Qeyd edilib ki, Azərbaycan cəmiyyəti güclü olduğunu Vətən müharibəsində bir daha sübut etdi.

Mövzu ətrafında aparılan müzakirələrdə iştirak edən QHT nümayəndələri fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti