...

Azərbaycan və Ermənistan sülh üçün ciddi səy göstərirlər - ABŞ Dövlət Departamenti

Siyasət Materials 8 Noyabr 2022 19:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünənki görüş hər iki ölkənin dialoqun intensivləşdirilməsi yolu ilə sülhə ciddi səy göstərdiyini vurğulayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

"Noyabrın 7-də ABŞ dövlət katibi Entoni Blinken davamlı sülh sazişinə doğru irəliləyişi asanlaşdırmaq məqsədilə noyabrın 7-də Bleyer Hausda birbaşa müzakirələr aparmaq üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Dünən keçirilən görüş Azərbaycan və Ermənistanın intensivləşdirilmiş dialoq vasitəsilə sülhə ciddi səy göstərdiyini vurğulayır.

ABŞ sülhün olduğu Cənubi Qafqaz regionunu dəstəkləməyə sadiq qalır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti