...

Avstriyanın onlayn qəzeti Prezident İlham Əliyevin Serbiyaya səfərinə həsr olunmuş məqalə dərc edib

Siyasət Materials 26 Noyabr 2022 17:29 (UTC +04:00)
Avstriyanın onlayn qəzeti Prezident İlham Əliyevin Serbiyaya səfərinə həsr olunmuş məqalə dərc edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfərinə həsr olunmuş "Biz Prezident İlham Əliyevin sözünə hər hansı imzadan daha çox inanırıq - Aleksandar Vuçiç" adlı məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə iki ölkə lideri arasındakı görüş, hökumətlərarası sənədlərin imzalanması, xüsusilə prezidentlərin mətbuat üçün birgə bəyanatları ətraflı işıqlandırılıb.

Məqalədə qeyd olunur ki, mətbuat konfransında birinci çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda ölkənin əsl dostunu, Azərbaycan Prezidenti İlham Əliyevi qəbul etməkdən çox şad olduğunu bildirib. A.Vuçiç xatırladıb ki, Serbiyanın Azərbaycanla siyasi vektorlarında çox oxşarlıqlar var və bu, hər iki ölkənin öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlamasında və bir-birinə beynəlxalq arenada kömək etməsində ifadə olunur.

Məqalədə A.Vuçiçin sözləri sitat gətirilərək bildirilir ki, İlham Əliyev bu gün "Avropada ən populyar şəxsdir". Serbiya rəhbəri qeyd edib ki, Azərbaycan qazına və "Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir". Həmçinin A.Vuçiç etiraf edib ki, bu baxımdan Azərbaycan Prezidentinə "bir az paxıllıq edir".

Serbiya liderinin sözlərinə görə, ölkə üçün protokol məsələlərinə görə sənədlərdə imzaların özü deyil, Azərbaycan Prezidentinin sözü böyük əhəmiyyət daşıyır: "Biz onun sözünə hər hansı imzadan daha çox inanırıq"

Azərbaycan Prezidenti İham Əliyev öz növbəsində iki dövlət başçısının dostluq əlaqələrini və "Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amilin önəmli rol oynamasını" qeyd edib.

İmzalanan sənədlərlə əlaqədar Azərbaycan Prezidenti qeyd edib ki, onların arasında strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur.

"Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq", - deyə qəzet dövlət başçsının sözlərini sitat gətirir.

Məqalədə Azərbaycan liderinin beynəlxalq təşkilatların qərar və qətnamələrinin selektiv xarakter daşıması barədə mövqeyinə də diqqət ayrılıb. Dövlət başçısının haqlı olaraq bildirdiyi kimi "bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir", amma Azərbaycanla bağlı məsələyə gəldikdə, qətnamələri qəbul edən subyektlərin (BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Parlamenti və s.) ciddiliyinə baxmayaraq 27 il ərzində bu qərarlar icra olunmayıb və bu, Azərbaycana BMT Nizamnaməsində yer alan özünümüdafiə etmə haqqına uyğun olaraq "güc amili"nə əl atmaqdan başqa seçim qoymadı.

"Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir", - deyə qəzet dövlət başçsının sözlərini sitat gətirir.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın zəngin qaz resurslarının rolu getdikcə artacaq.

Məqalədə qeyd olunur ki, Serbiya və Azərbaycan rəhbərləri belə səfərlərin "çox olacağına" və "bu dostluğun əbədi olacağına" əminliklərini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti