...

Fransa artıq Cənubi Qafqazda öz rolunu, hörmətini itirib - Soltan Məmmədov (FOTO/VİDEO)

Siyasət Materials 1 Dekabr 2022 18:00 (UTC +04:00)
Fransa artıq Cənubi Qafqazda öz rolunu, hörmətini itirib - Soltan Məmmədov (FOTO/VİDEO)

Bakı. Trend:

Xalq tərəfindən seçilən Milli Assambleyada qətnamənin qəbul edilməsi yalnızca Azərbaycan və Fransa arasında münasibətlərin pisləşməsinə deyil, eyni zamanda, beynəlxalq hüquqa hörmətsizlikdir.

Bunu Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Soltan Məmmədov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində deyib.

O qeyd edib ki, qəbul edilən qətnamə bir daha onu göstərdi ki, artıq Fransa Milli Assambleyasında bu qərarlar, müzakirələr mütləq qaydada Cənubi Qafqazda sülh müqaviləsinə dəstək verən siyasətə qarşı yönələn tədbirdir.

"Müzakirələr zamanı zalda 20-25 deputat var idi. Lakin səsvermə zamanı ermənipərəst 256 nəfərin iştirakı ilə bu qətnaməyə səs verildi. Həmin o 256 nəfərdən 80-90 faizi nəyə səs verdiklərini özləri də bilmirlər.

İqtidar partiyası tərəfindən irəli sürülən bu qətnamənin arxasında elə Fransa hökmüəti dayanır. Fransanın artıq sülh müqaviləsinin imzalanması prosesində iştirakı qeyri-mümkündür", - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Fransa artıq Cənubi Qafqazda öz rolunu, hörmətini itirib.

"Hər yerdə demokratiyadan danışan bir ölkənin beynəlxalq hüquqa bu cür hörmətsizlik etməsi artıq beynəlxalq təşkilatlar və Avropa ittifaqı ölkələri tərəfindən də dəstəklənmir", - deyə S.Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti