...

Yeni Kaledoniya və Mayottanın Fransa tərəfindən işğal edilməsinə dair qətnamə qəbul edilsin - Təklif

Siyasət Materials 2 Dekabr 2022 11:49 (UTC +04:00)
Yeni Kaledoniya və Mayottanın Fransa tərəfindən işğal edilməsinə dair qətnamə qəbul edilsin - Təklif
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Kaledoniya və Mayottanın Fransa tərəfindən işğal edilməsi ilə bağlı qətnamə qəbul etməyi təklif edirəm.

Trend-in məlumatına görə, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Fransa Senatından sonra Milli Assambleya da Azərbaycana qarşı qətnamə qəbul edib.

“Mən Senatın məlum qətnaməsindən sonra təklif etmişdim ki, Yeni Kaledoniya və Mayottanın işğal edilməsinə dair qətnamə qəbul edək. Bu bir faktdır. Yeni Kaledoniya və Mayottanın Fransa tərəfindən işğal edilməsi ilə bağlı qətnamə qəbul edə bilərik. Bu, qətnamə və ya tövsiyyə xarakterli sənəd ola bilər”,- deyə o qeyd edib.

Spiker Sahibə Qafarova isə deyib ki, dünən Milli Məclis dərhal qətnamə qəbul edib və öz mövqeyini ortaya qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti