...

Biz Azərbaycanla qarşılıqlı fəaliyyəti genişləndirmək üçün lazımi tədbirləri davam etdirməliyik - Berdiməhəmmədov

Siyasət Materials 10 Dekabr 2022 07:38 (UTC +04:00)
Biz Azərbaycanla qarşılıqlı fəaliyyəti genişləndirmək üçün lazımi tədbirləri davam etdirməliyik - Berdiməhəmmədov

Bakı. Trend:

Biz Azərbaycanla qarşılıqlı fəaliyyəti genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik.

Trend "Neytral Türkmənistan" qəzetinə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkənin Nazirlər Kabinetinin geniş iclasında deyib.

"Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərimiz sabitdir. Bu dövlətlərlə qarşılıqlı fəaliyyətə önəm verərək, əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə çalışırıq. Biz bu ölkələrlə qarşılıqlı fəaliyyəti genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik", - deyə S.Berdiməhəmmədov bildirib.

Onun sözlərinə görə, Türkmənistan dünyanın müxtəlif dövlətləri ilə parlamentlərarası əlaqələri fəal şəkildə davam etdirməlidir.

"Bu il əldə edilmiş parlamentlərarası əməkdaşlıq təcrübəsi göstərdi ki, parlament diplomatiyasının böyük gələcəyi var. Bu barədə danışarkən Arkadağın Yaponiyaya, Rusiya Federasiyasına, Koreya Respublikasına səfərlərini, o cümlədən Türkiyə və Azərbaycan parlamentləri sədrlərinin ölkəmizə səfərlərini, Aşqabadda keçirilən “Mərkəzi Asiya+Rusiya” I Parlamentlərarası Forumu qeyd etmək lazımdır", - deyə Türkmənistan Prezidenti bildirib.

S.Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirir.

"Ötən ilin noyabrından ölkəmiz TDT-nin fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Həmçinin Türkmənistanda Türk Dövlətləri Təşkilatının müxtəlif tədbirlərinin, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün müvafiq işlər görülməlidir", - deyə Türkmənistan Prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti