...

Rusiya sülhməramlılarının erməni terrorçularını himayə etməkdə məqsədi nədir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 12 Dekabr 2022 18:32 (UTC +04:00)
Rusiya sülhməramlılarının erməni terrorçularını himayə etməkdə məqsədi nədir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Rusiya sülhməramlıları nə 10 Noyabr bəyanatına uyğun olaraq qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də öz fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirir. Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat daşınır, Azərbaycan ərazilərinin çirkləndirilməsində istifadə edilən minalar çatdırılır. Eyni zamanda ermənilər ekoloji terror törətməklə Azərbaycanın təbii sərvətlərini talan edir.

Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Ulu öndər Heydər Əliyevin anım günü. Rusiya sülhməramlılarının erməni terrorçularını himayə etməkdə məqsədi nədir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ədalət Verdiyev - hərbi ekspert, Elmar Hüseyn - hərbi ekspert, Emin Əliyev - Trend BİA-nın baş redaktoru və Mətin Məmmədli - BMTM-in baş məsləhətçisi, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=0u4osR2bH-I&ab_channel=AZTV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti