...

Aksiyanın məqsədi aydındır və biz sona qədər gedəcəyik - bloger Kamran Razmovar (FOTO)

Siyasət Materials 15 Dekabr 2022 13:31 (UTC +04:00)
Aksiyanın məqsədi aydındır və biz sona qədər gedəcəyik - bloger Kamran Razmovar (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa. Trend:

Hesab edirəm ki, bizim mövqeyimiz hamıya aydındır və biz sona qədər gedəcəyik.

Bu barədə Trend-in Şuşaya ezam olunmuş müxbirinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında etirazçılara dəstək verməyə gələn bloger Kamran Razmovar deyib.

"Təəssüratlar heyrətamizdir. Həmişə olduğu kimi, Azərbaycan xalqı lazımi anda toplandı. Heç bir aqressiya yoxdur, hər şey tamamilə dincdir, insanlar yemək yeyirlər, çay içirlər, ünsiyyət qururlar. Tədbirimizin məqsədi təbii ki, ekoloqlarımızın öz ərazimizə buraxılmasını təmin etmək, orada ekoloji terrora son qoymaqdır, - deyə K.Razmovar bildirib.

O qeyd edib ki, o, erməni tərəfi ilə əlaqə saxlamaq istəyir ki, azərbaycanlı ekoloqlar bu ərazidəki vəziyyəti öyrənə bilsinlər.

"Artıq qəbul edin ki, Qarabağ Azərbaycandır və başqa variant yoxdur. Görürsünüz ki, mənim arxamda Azərbaycan bayrağı dalğalanır. Bu, Xankəndiyə gedən yoldur. 30 ildir ki, bu bayraq orada yox idi. İndi isə var və əbədi olaraq hər yerdə olacaq", - deyə K.Razmovar əlavə edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası dördüncü gündür ki, davam edir.

Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti