...

Prezident İlham Əliyev: Yaşıl enerji ilə bağlı saziş bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir töhfəmiz olacaq

Siyasət Materials 17 Dekabr 2022 12:34 (UTC +04:00)
Prezident İlham Əliyev:  Yaşıl enerji ilə bağlı saziş bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir töhfəmiz olacaq

Bakı. Trend:

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq.

Trend xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti