...

Deputatlar Fransanın Korsika əhalisinin hüquqlarını tapdalamasını pisləyiblər

Siyasət Materials 20 Dekabr 2022 11:17 (UTC +04:00)
Deputatlar Fransanın Korsika əhalisinin hüquqlarını tapdalamasını pisləyiblər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Korsika məsələsi müzakirə edilib.

Trend-in məlumatına görə, deputatlar Fransanın Korsika əhalisinin hüquqlarını tapdalamasını pisləyiblər.

Deputat Musa Qasımlı deyib ki, Fransanın demokratiya haqqında danışmağa haqqı yoxdur.

O bildirib ki, Fransanın tarixi müstəmləkiçilik, göz yaşlarının axıdılması, insanların qətlə yetiriıməsi tarixidir.

“Korsikada insanlar dil, mədəniyyət istəyirlər, Fransa hakimiyyəti isə onların bu istəyinə top-tüfənglə cavab verir. Fransanın bütün hərəkətləri qınanmalıdır. Heç kimin Azərbaycanla zorla danışmağa haqqı yoxdur”, - deyə deputat bildirib.

Digər deputatlar isə bildirib ki, Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmamalıdır. Korsika Fransa tərəfindən işğal olunub. Fransanın bu cür qanun pozuntusuna son qoyulmalıdır. Necə olur ki, Fransa separatçı Arayikə dəstək verir, amma öz hüquqlarını tələb edən korsikalıları haqlarından məhrum edir?!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti