Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub.
Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində yazıb.
Səfir bildirib ki, Ermənistan həmin sənədi kobud şəkildə pozur:
"BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışları Ermənistan tərəfindən yerinə yetirilməlidir", - deyə paylaşımda qeyd olunur.