...

Qarabağda yaşayan ermənilər ailəlikcə zorla mitinqə çağrılır

Siyasət Materials 25 Dekabr 2022 12:20 (UTC +04:00)
Qarabağda yaşayan ermənilər ailəlikcə zorla mitinqə çağrılır

Bakı. Trend:

Qanunsuz erməni dəstələri bu gün saat 14.00-da Xankəndində mitinq planlaşdırır. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.

Trend-in məlumatına görə, Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.

Qarabağda yaşayan sadə ermənilər ailəlikcə mitinqə zorla çağrılır.

Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.

Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti