...

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Siyasət Materials 30 Dekabr 2022 19:05 (UTC +04:00)
Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Trend xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.

"Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralıların tezliklə sağalmasını diləyirəm", - C.Bayramov paylaşımda bildirib.

Xatırladaq ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti