...

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Həcc müqaviləsi imzalanıb (FOTO)

Siyasət Materials 9 Yanvar 2023 15:33 (UTC +04:00)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Həcc müqaviləsi imzalanıb (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistan Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.

İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb.

Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini cənab Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti