...

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük nailiyyətlər əldə edib - Tofiq Abbasov (FOTO/VİDEO)

Siyasət Materials 12 Yanvar 2023 19:09 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük nailiyyətlər əldə edib - Tofiq Abbasov (FOTO/VİDEO)

Bakı. Trend:

Prezident İlham Əliyev yerli mətbuata verdiyi müsahibəsində müfəssəl formada sualları cavablandırdı və bildirdi ki, biz sağlam siyasətdən, praqmatik hədəflərimizdən yayına bilmərik.

Trend xəbər verir ki, bunu əməkdar jurnalist Tofiq Abbasov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində deyib.

O qeyd edib ki, dövlət başçısı bütün maraq doğuran məsələlərə toxundu. “Cənab Prezidentin suallara verdiyi cavablar proqram xarakteri daşıyırdı, 2023-cü il, ümumiyyətlə, gələcəyimiz üçün bir yol xəritəsi idi. Həm daxili məsələlər, sosial rifah, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətləri, sülh prosesi və beynəlxalq arenada baş verən proseslərlə bağlı cənab Prezident həm konkret detallarla öz münasibətini bildirdi, həm də qətiyyətli mövqeyini bəyan etdi”, - deyə T.Abbasov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə böyük nailiyyətlər əldə edib.

“Cənab Prezident öz müsahibəsində Azərbaycanın uğurlarını qeyd etməklə yanaşı, ölkəmizin gələcək inkişafı üçün çox zəngin prioritetləri elan etdi. Burada Azərbaycanın nəhəng layihələrini davam etdirməsi, nəqliyyat-logistika məsələləri, ordu quruculuğuna böyük diqqətin ayrılması, hərbi sənayemizin inkişafı kimi vacib məsələlərə toxunuldu”, - deyə o vurğulayıb.

T.Abbasov qeyd edib ki, eyni zamanda, Prezident müsahibəsində bir çox dairələrə öz mesajını göndərdi: “Bu mesajlar Ermənistanın havadarlarına göndərilən mesajlar idi. Müsahibədə, həmçinin, Fransanın və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı haqsız və ədalətsiz mövqeyinə toxunuldu və bu istiqamətdə Azərbaycanın qətiyyətli mövqeyi dövlət başçısı tərəfindən bəyan edildi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti