Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş katibinə Azərbaycanın suveren ərazilərinə missiya göndərilməsi ilə bağlı müraciəti klassik erməni həyasızlığının növbəti unikal nümunələrindən biridir və bu fakt sübuta yetirir ki, rəsmi İrəvan tərəfindən 1991-ci il Alma-Ata bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə verilən bəyanatlar siyasi riyakarlıqdan başqa bir şey deyil.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, xroniki narazılıq və inciklik sindromundan xilas ola bilməyən Ermənistanın baş diplomatının BMT-nin baş katibinə əsassız və uydurma mülahizələrlə giley-güzar etməsi sözügedən ölkənin bir dövlət olaraq formalaşmadığını, beynəlxalq münasibətlər sisteminə və dövlətlərarası münasibətlərə Soros Fondu tərəfindən maliyyələşdirilən bir təşkilat kimi yanaşdığını təsdiqləyir.
“Qarabağ Azərbaycan ərazisidir və burada yaşayan ermənilər də
Azərbaycan vətəndaşlarıdır. Nə Ermənistanın, nə də hər hansı bir
ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və
bundan sonra da olmayacaq. Heç bir ölkə, yaxud təşkilat qondarma,
əsassız iddialarını önə çəkərək Azərbaycanın daxili işlərinə
müdaxilə edə bilməz və bu reallıq sonsuzadək davam edəcək. Əgər bu
gün BMT-nin missiyasının hansısa ərazilərə göndərilməsindən söhbət
gedərsə, o zaman bu, ilk növbədə, indiki Ermənistan ərazilərində -
tarixi Azərbaycan torpaqlarında baş tutmalıdır.
Qərbi Azərbaycandan deportasiya edilən yüzminlərlə azərbaycanlının
öz evlərindən didərgin salındıqları zaman qarşılaşdıqları zülm və
məhrumiyyətlə bağlı faktlar, soydaşlarımıza məxsus dini, mədəni və
tarixi abidələrin dağıdılması, məhv edilməsi araşdırılmalıdır.
Ermənistanın və bütövlükdə, erməniliyin Azərbaycan xalqına, onun tarixinə, mədəniyyətinə qarşı həyata keçirdikləri cinayətlərin təsnifatı Azərbaycan ərazilərində yaradılmış erməni dövlətinin tarixindən dəfələrlə böyükdür. Bütün bunlara görə, Ermənistan beynəlxalq ədalət məhkəmələrinin qarşısında mütləq cavab verəcək”, - deyə E.Mirzəbəyli əlavə edib.