...

Qırğızıstan Prezidenti strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirib

Siyasət Materials 18 Yanvar 2023 18:22 (UTC +04:00)
Qırğızıstan Prezidenti strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirib

Bakı. Trend:

Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib.

Trend xəbər verir ki, bu fikirlər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda yer alıb.

Məktubda deyilir: “Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti