...

Aİ Ermənistana yeni missiya təyin etmək niyyətindədir

Siyasət Materials 23 Yanvar 2023 09:59 (UTC +04:00)
Aİ Ermənistana yeni missiya təyin etmək niyyətindədir

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin XİN rəhbərləri regionda vəziyyətin tənzimlənməsinə kömək etmək üçün bugünə planlaşdırılan görüşdə Ermənistana yeni Aİ missiyasını təsdiq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Brüsseldə Aİ-nin yüksək vəzifəli nümayəndəsi deyib.

Diplomatın sözlərinə görə, Aİ Laçın yolunun ətrafında baş verən hadisələrə görə narahatdır və vəziyyətin tənzimlənməsi üçün səylər göstərir.

Xatırladaq ki, Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası 2022-ci il oktyabrın 17-də keçirilən iclasında Cənubi Qafqaz regionunda vəziyyət barədə müşahidə, təhlil və hesabat vermək üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfinə Avropa İttifaqının 40-a yaxın ekspert müşahidəçisinin göndərilməsi barədə qərar qəbul edib.

2022-ci il dekabrın 19-da Aİ-nin Ermənistandakı monitorinq missiyasının mandatı başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti