...

Prezident İlham Əliyev İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı paylaşım edib

Siyasət Materials 27 Yanvar 2023 12:49 (UTC +04:00)
Prezident İlham Əliyev İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı paylaşım edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir: "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti