...

GUAM Azərbaycan səfirliyində terror törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir

Siyasət Materials 27 Yanvar 2023 15:45 (UTC +04:00)
GUAM Azərbaycan səfirliyində terror törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat - GUAM Azərbaycanın İrandakı səfirliyində törədilən və səfirliyin əməkdaşının ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.

"Azərbaycanın İranın Tehran şəhərindəki səfirliyində törədilmiş və səfirliyin əməkdaşının ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyir, həlak olanın ailəsinə, səfirliyin əməkdaşlarına və Azərbaycana dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik.

GUAM Katibliyi olaraq Azərbaycan Respublikası ilə qəti həmrəy olduğumuzu bildirir, bu xain terror aktını törədənlərin və sponsorlarının məsuliyyətə cəlb olunmasını tələb edirik", - deyə qeyd edilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti