Bakı. Trend:
Prezident İlham Əliyev A.X.Rafailovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Trend xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib.