...

Azərbaycan bu çətin günlərdə də Türkiyənin yanındadır - Ceyhun Bayramov

Siyasət Materials 6 Fevral 2023 20:56 (UTC +04:00)
Azərbaycan bu çətin günlərdə də Türkiyənin yanındadır - Ceyhun Bayramov

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə baş verən dəhşətli zəlzələ ilə bağlı öz "Twitter" səhifəsində paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda bildirilib:

"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti