...

Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Fevral 2023 16:00 (UTC +04:00)
Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək

Bakı. Trend:

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, Prezident 9-11 mart tarixlərində Azərbaycanda keçiriləcək X Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, X Qlobal Bakı Forumunun mövzusu "Dünya bu gün: çağırışlar və ümidlər" olacaq.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas tədbirlərdən birinə çevrilib. Forumda görkəmli lider və ekspertlər üçün dünyanın ən mühüm problemlərini aradan qaldırma yollarını müzakirə etmək imkanı yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti