...

Blinken Türkiyəyə səfər edib

Siyasət Materials 19 Fevral 2023 17:37 (UTC +04:00)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edib.

Trend xəbər verir ki, onu nazir Mövlud Çavuşoğlu qarşılayıb.

Çavuşoğlu və Blinken daha sonra helikopterə minərək dəhşətli zəlzələnin zərər vurduğu Hatay şəhərinə yola düşüblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti