Bakı. Trend:
ABŞ 2024-cü ildə NATO zirvə görüşünə ev sahibliyi edəcək.
Trend xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı deyib.
“Gələn il NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcəyəm. Biz birlikdə dünya tarixinin ən güclü müdafiə ittifaqının 75 illiyini qeyd edəcəyik”, – deyə C.Bayden vurğulayıb.