Bakı. Trend:
Azərbaycan və Böyük Britaniya mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə çalışırlar.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti özünün Twitter səhifəsində yazıb.
"Böyük Britaniya Avropaya narkotik qaçaqmalçılığının qarşısını almaq üçün Azərbaycanın quru sərhədlərinin möhkəmlənməsində mühüm köməklik göstərir", - paylaşımda deyilir.
Xatırladaq ki, Böyük Britaniyanın dövlət naziri Azərbaycanda ikigünlük rəsmi səfərdədir.
Qeyd edək ki, Leo Dokerti rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb. Görüş zamanı iki ölkə hökuməti arasında beynəlxalq nəqliyyat haqqında saziş imzalanıb.
Səfər müddətində, həmçinin, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Anlaşma Memorandumunun imzalanacağı da gözlənilir.